Pulunu uşaq bezində gizlətdi, evdəkilər zibilliyə atdı - VİDEO

Yığdığı pulu evdəki uşaq bezinin arasında gizlədən şəxsin başına iş gəlib.

Lim10.az xəbər verir ki, bu barədə sosial şəbəkələrədə məlumat yayılıb.

Belə ki, Mehdi Məlikov adlı şəxs istirahət üçün Zaqatalaya gedib.

O, getməzdən əvvəl işləyib yığdığı pulu evdə uşaq bezinin arasında gizlədib. M.Məlikov evdə olmadığı zaman ailə üzvləri pampersi zibilliyə atıblar.

Qayıtdıqdan sonra gizlətdiyi pulu tapa bilməyən gənc evdəkilərdən soruşduqda vəziyyətdən xəbər tutub.

Uzun axtarışlardan sonra M.Məlikov toplu zibilliyə atılan pulunu tapa bilib.

M.Məlikovun avtomobil ustası kimi çalışdığı bildirilir. 

Billurə Yunus