Rus ordusu Ukraynanın qaz enerjisi infrastrukturu obyektlərinə uzaqmənzilli dəqiqlikli silahlarla kütləvi zərbə endirib.
Lim10.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Oktyabrın 16-na keçən gecə RF Silahlı Qüvvələri quru, hava və dəniz bazalarından uzaqmənzilli dəqiqlikli silahlarla Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinin fəaliyyətini dəstəkləyən qaz-energetika infrastrukturu obyektlərinə kütləvi zərbə endirib”, - məlumatda bildirilir.
Zərbə “Kinjal” hipersəs raketləri və PUA vasitəsi ilə həyata keçirilib. Müdafiə Nazirliyi bütün zərbələrin hədəfləri vurduğunu və seçilən obyektlərin məhv edildiyini bildirib.
Mürtəza
Rusiya Ukraynaya genişmiqyaslı hücuma keçib
