BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan “snapback” mexanizminin işə salınması Rusiya qazının İrana tədarükünə heç bir maneə yaratmayacaq.
Lim10.az xəbər verir ki, bunu İran neft nazirinin müavini Omid Şakiri deyib.
"Rusiya tərəfi “snapback” mexanizmini nəzərə almadan bu planın həyata keçirilməsi ilə bağlı məsələlər üzərində işləyir. Görüşlərdə atmosfer müsbətdir və ümid edirik ki, hər şey həyata keçiriləcək", - deyə o bildirib.