Bu ölkədə 180 minə yaxın kişi atalıq məzuniyyətindədir

Rusiyada təxminən 180,000 kişi valideyn məzuniyyətindədir ki, bu da ölkədə bu il belə məzuniyyət götürən bütün valideynlərin 12,5%-ni təşkil edir.

Lim10.az xəbər verir ki, bu barədə Rusiya Sosial Fondunun teleqram kanalında məlumat verilib.

"Bu günə olan məlumata görə, 179 min ata və babaya valideynlik məzuniyyəti verilib. Bu, Rusiyada bu il belə məzuniyyət götürmüş bütün valideynlərin 12,5%-ni təşkil edir", - hesabatda deyilir.

Qeyd olunur ki, valideyn məzuniyyətində olarkən müavinət orta aylıq əmək haqqının 40%-ni təşkil edir. Maddi dəstək uşaq bir yaş yarıma çatana qədər verilir.

Həmidə İbrahimova