İrəvanın Azadlıq meydanında “Öz yolu ilə” hərəkatının təşkilatçılığı ilə biznesmen Samvel Karapetyanın azadlığa buraxılması tələbi ilə mitinq keçirilir.
Lim10.az xəbər verir ki, aksiyaya səbəb iş adamının oktyabrın 16-da həbs müddətinin uzadılması və Araqatsotn yeparxiyasının ruhanilərinin kütləvi saxlanması olub.
Etiraz aksiyasında ictimai və siyasi xadimlərlə yanaşı, din xadimləri də iştirak ediblər. Mitinqə “Müqəddəs mübarizə” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları da qatılıblar.(qafqazinfo)