İki dövlətli həll yolu həyata keçərsə, biz burada faktiki təminatçı (qarantor) olmaq məsuliyyətini üzərimizə götürməyə hazırıq.
Lim10.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan televiziyaya müsahibəsində deyib.
“Bu, çox önəmli bir məsələdir və məsuliyyətin altına hər dövlət girə bilməz. Yetər ki, 1967-ci il sərhədlərinə əsaslanan bir dövlət meydana gəlsin”, - deyə Fidan bildirib.