Netanyahu yenidən namizəd olacaq

İsrailin Baş naziri Benyamin Netanyahu 2026-cı ilin noyabrında keçiriləcək parlament seçkilərində yenidən namizəd olacağını açıqlayıb.

Lim10.az xəbər verir ki, bu barədə, o, “Channel 14” televiziyasında sualları cavablandırarkən deyib.

Jurnalistin “qalib gələcəyinizi gözləyirsiniz” sualına isə Netanyahu “Bəli” deyə cavab verib.

Qeyd edək ki, Likud Partiyasının lideri olan Netanyahu İsrail tarixində ən uzun müddət baş nazir postunu tutan siyasətçidir. O, 1996-cı ildən bəri fasilələrlə, ümumilikdə, 18 ildən çox bu vəzifədə olub.