ISW: Rusiya ordusu Ukraynada hücumları davam etdirir, lakin əhəmiyyətli uğur yoxdur

Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib ki, Rusiya ordusu son günlər Ukraynanın Xarkov, Sumı, Donetsk və Zaporojye vilayətlərində hücum əməliyyatlarını davam etdirib.

Lim10.az xəbər verir ki, hesabatda qeyd olunur ki, rus qüvvələrinin müəyyən taktiki irəliləyişlərinə baxmayaraq, ümumilikdə ciddi strateji nəticə əldə edilməyib.

ISW-nin məlumatına görə, bəzi istiqamətlərdə şiddətli döyüşlər gedir, lakin Ukrayna müdafiə xətləri əsasən sabit qalır.

Analitiklər qeyd edirlər ki, bu vəziyyət Rusiya ordusunun hücum potensialının azaldığını və mövcud resurslarla genişmiqyaslı nəticə əldə etməyin çətin olduğunu göstərir.(musavat.com)