"Yaxın altı ayda nə Ukrayna, nə də Rusiya müharibədə irəliləyiş əldə edəcək".
Lim10.az xəbər verir ki, bunu hərbi ekspert Frants-Stefan Qadi ABŞ-ın "The New York Times" qəzetinə açıqlamasında bildirib.
Hərbi ekspert deyib: "Rusiya ordusunun cəbhədə irəliləmək üçün əməliyyat imkanları yoxdur. Ukrayna tərəfinin isə kadr potensialı zəifdir. Hadisələrin hazırkı trayektoriyası Ukrayna üçün pisdir, lakin fəlakətli deyil".(oxu.az)