Hindistanda avtobus yanğını: 20 ölü

Hindistanın cənubundakı Andhra Pradeş ştatında turist avtobusunun yanması nəticəsində ən azı 20 nəfər ölüb.

Lim10.az  "Hindustan Times" qəzetinə istinadla xəbər verir ki, hadisə, təxminən 44 sərnişinlə Haydarabaddan Banqalor şəhərinə gedən Kaveri Travels avtobusunun milli magistral yolda motosikletə çırpılması nəticəsində baş verib.

Polis bildirib ki, motosiklet avtobusun altına ilişərək yanacaq çəninə dəyib, dərhal partlayışa və avtobusda alovun sürətlə yayılmasına səbəb olub.

Qəzanın səbəbləri araşdırılır. Məlumata görə, avtobus sürücüləri qəzadan dərhal sonra hadisə yerindən qaçıblar.

Həmidə İbrahimova