ZƏFƏRİN MÜBARƏK, CAN AZƏRBAYCAN!

30.10.2025-ci il tarixində Sabunçu rayon Bakıxanov qəsəbəsində yerləşən N.İsmayılov adına 80 nömrəli tam orta məktəbdə Zəfər bayramı qeyd olundu. Tədbirdə şəhid ailələri,rayon İcra hakimiyyəti nümayəndələri, media nümayəndələri iştirak etdilər. Tədbir Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü,suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad etdilər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
İlk öncə məktəbin direktoru Təranə Müəffərova gələn qonaqları salamlayaraq onları bu qələbə münasibətilə təbrik etdi və onu da qeyd etdi ki, bu gün qəhrəman şəhidimiz Nazim Ağakişi oğlu İsmayılovun cənnətdəki mövlud günüdür. Şəhidin ailəsinə öz ehtiramını bildirdi.
Təranə Müzəffərova onu da qeyd etdi ki,bu böyük qələbə sevinci üçün Ali Baş Komandan İlham Əliyev cənablarına, Rəşadətli Müzəffər Orduya sonsuz təşəkkur edirik və çalışdığım məktəbin şagirdlərinə hər zaman dövlətini, bayrağını sevməyi öyrədirik. Məktəbimizin müəllim kollektivi də, şagirdlərdə hər zaman öz üzərlərində böyük bir məsuliyyət hiss edirlər qəhrəman Nazim İsmayılov adını hər zaman uca tuturlar.
 Daha sonra məktəblilərin hazırladıqları kompozisiyalar göstərildi,vətənpərvər mahnılar,şerlər səsləndirildi.Çıxış edən müəllimlər də gələn qonaqları bu Zəfər günü münasibəti ilə təbrik etdilər. Çıxış edən şəhid ailələri məktəbin direktoru Təranə xanıma,məktəbin müəllim və şagird kollektivinə belə gözəl tədbiri hazırladıqları üçün öz təşəkkurlarini bildirdilər.
Tədbirdə iştirak edənAzərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı cəmiyyətinin Sabunçu rayon üzrə sədri, şəhid Etibar Qaffarovun həyat yoldaşı çıxış edərək həm məktəbin direktoruna, bütün kollektivinə, məktəblilərə xüsusi təşəkkürünü bildirərək qeyd etdi ki, məktəblilərin hazırladıqlari müharibəni əks etdirən kompozisiyalar onu çox duyğulandırdı. Bu gün mövlud günü olan Nazim İsmayılovun da ruhunu ehtiramla yad edərək Ramilə xanıma allahdan səbr dilədi. Çalışdığı cəmiyyət adından başda Təranə Müəffərova olmaqla bir neçə müəllimi də Fəxri Diplomla mükafatlandırdı.
Tədbirdə iştirak edən AYB və AJB-nin üzvü Raziyə Kamilqızı da çıxış edərək qələmə aldığı kitabları məktəbə və şəhid ailələrinə təqdim etdi.Tədbirin sonunda xatirə şəkili çəkildi və şəhidlərin xatirəsinə çay ehsan olundu.
Zərər bayramın mübarək, can Azərbaycan!
Qarabağ Azərbacandır!

Raziyə Kamilqızı