Azərbaycanda ali təhsil müəssisəsi 18 vəzifəyə işçi axtarır - SİYAHI

Azərbaycan İdman Akademiyası bir sıra boş vəzifələr üzrə vakansiya elan edib.

Lim10.az xəbər verir ki, vakansiyalar kafedralar üzrə aşağıdakı kimi sıralanıb.

Fərdi idman növləri kafedrası

Yunan-Roma güləşi ixtisası üzrə dosent – 0.5 ştat 
Boks ixtisası üzrə müəllim – 1 ştat 

Komanda idman növləri kafedrası

Güllə atıcılığı ixtisası üzrə baş müəllim – 1 ştat 
Şahmat ixtisası üzrə baş müəllim – 1 ştat 
Stolüstü tennis ixtisası üzrə müəllim – 1 ştat 

Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrası

Sahibkarlığın əsasları fənni üzrə dosent – 0,5 ştat 
Biokimyanın əsasları fənni üzrə baş müəllim – 1 ştat 
İdman təbabəti fənni üzrə baş müəllim – 1 ştat 
Biomexanika fənni üzrə müəllim – 1 ştat 
Anatomiya fənni üzrə müəllim – 1 ştat
İdman farmakalogiyası fənni üzrə müəllim – 0,5 ştat 

Fiziki hazırlıq kafedrası

Orduda fiziki hazırlığın əsasları fənni üzrə baş müəllim – 2 ştat 
İdman qurğuları və trenajorları fənni üzrə baş müəllim – 1 ştat 

Menecment və ümumi fənlər kafedrası 

Psixologiya fənni üzrə baş müəllim – 1 ştat 
Pedaqogika fənni üzrə baş müəllim – 1 ştat 
Pedaqogika fənni üzrə müəllim – 1 ştat 
Ali riyaziyyat fənni üzrə baş müəllim – 0,5 ştat 
Xarici dildə (ingilis dili) işgüzar və akademik kommunikasiya fənni üzrə müəllim – 5 ştat 

Sənədlər müsabiqə elan edildiyi gündən bir ay ərzində təqdim oluna bilər. 

Məlumat telefonu: 012-564-33-75.