Gürcüstan Rusiyaya rəqabət sanksiyası tətbiq edə bilər

Gürcüstanın Milli Rəqabət Agentliyi avtomobil idxalçılarının şikayəti əsasında Rustavi avtomobil bazarını hökmranlıq mövqeyindən sui-istifadə etməsi ilə bağlı işi araşdırmağa başlayıb.

Bu barədə Gürcüstanın Milli Rəqabət Agentliyi məlumat yayıb. Qurumun yaydığı məlumatda qeyd edilir ki, söhbət Rustavi avtomobil bazarında dayanacaqlardan istifadə müqabilində haqsız olaraq yüksək qiymət müəyyən etməsindən gedir. Müvafiq olaraq, şikayətçi tərəflər Gürcüstanın “Rəqabət haqqında” Qanunu çərçivəsində qurumdan Qanunun 6-cı maddəsinin tələblərinin iddia edilən pozuntusunun araşdırılmasını tələb edirlər.

Qeyd edək ki, bənzər şikayətlər Azərbaycanın gömrük-keçid məntəqələrindəki dayanacaqlarda qiymətlərlə bahalığı ilə əlaqədər olmuşdur. Həmin vaxt Gömruk Komitəsinin rəsmiləri cavab verdi ki, dayanacaqlar özəldir. Bu informasiya göstərir ki, şikayət varsa müştərilərin xeyirinə özəl sektora da təsir imkanları olmalıdır.