Bakıda bir sıra dönərxana bağlandı

 Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Binəqədi, Xəzər, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən bir sıra dönər satışı obyektlərində yoxlamalar aparıb.

Nəticədə bir sıra obyektlərdə nöqsanlar aşkarlanıb və aşağıda adları açıqlanan iaşə obyektləri ilə bağlı tədbirlər görülüb:

 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Xırdalan-Binəqədi şosesi, ev 3H ünvanında fəaliyyət göstərən “Manqal Dönər”;

 Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozu, Vaqif küçəsində fəaliyyət göstərən "Dönəriyyo";

 Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən "Akdeniz" dönərxanası;

 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, "Q" yaşayış sahəsində fəaliyyət göstərən “Dönərio"

 Adları açıqlanan dönərxanalarda aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb.

Həmçinin qida obyektində çiy dönər emalı və dönər kababının satışı qadağan edilib.