SOCAR-ın Ali rəhbərliyinə ödənişlərin məbləği açıqlanıb
SOCAR-ın Baş rəhbərlərinin hər biri orta hesabla 13 min manata yaxın əməkhaqqı və mükafatlar alırlar
2023-cü ilin ilk 6 ayında SOCAR-ın Baş rəhbərliyinə ödənişlər 850 min manat təşkil edib.
Marja.az xəbər verir ki, bu barədə SOCAR-ın yarımillik hesabatında bildirilir.
2022-ci ilin ilk 6 ayında SOCAR-ın Baş rəhbərliyinə ödənişlər 860 min manat təşkil etmişdi.
Qrupun baş rəhbərliyinə SOCAR-ın Prezidenti, birinci Vitse-prezident və doqquz Vitse-prezidenti daxildir. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Cari ilin ilk 6 ayında hər bir rəhbər orta hesabla 12 min 879 manat alıb.
Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əməkhaqqı və mükafatlar, eləcə də Qrupun müəyyən şirkətlərində Direktorlar şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər.