Bu işsiz şəxslərə ödənişlər ediləcək – Ailədəki bütün uşaqlara da şamil ediləcək..
“İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklər ilə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək”.u
Bu barədə iqtisadçı, deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yeni dəyişikliklərə əsasən müəssisəinin mülkiyyətçisi dəyişəndə, əvvəlllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldılqdan sonra öz işinə qayıtdıqda da ödənişlər ediləcək.
İqtisadçı deyir ki, eyni zamanda, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək: “İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır. Yeni dəyişliklər ilə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək”.
Deputatın sözlərinə görə, işsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb oluna sığorta stajının 30 aydan 24 ayadək endirilməsi də həyata keçirilir.
“Bu daha çox vətəndaşların ödəniş almasına imkan yaradacaq”, - o əlavə edib.
V.Bayramov deyir ki, digər dəyişiklik fərdi məşğulluq proqramının üzürlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir.
“Bu zaman qanunda üzürlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib”, - o qeyd edib.
İqtisadçı hesab edir ki, bütövlükdə, qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı daha çox vətəndaşımız bu imkandan faydalanmasına şərait yaradacaq.