İRƏVANDA RUS BLOGGERİ ALÇALTDILAR - Saçını qırxdılar, üzr istətdilər
İrəvanda rusiyalı blogger Yuliya Finnes bir qrup erməni tərəfindən təhqir edilib. Ermənilər qadın bloqerin başını qırxıblar, sifətinə marqans töküblər və onu ermənilərdən üzr istəməyə məcbur ediblər.
Yuliya Finnessin təhqir olunduğu videogörüntülər “Baza” kanalı tərəfindən yayımlanıb və ciddi əks-səda doğurub. Xəbərdə deyilir ki, ermənilərin “Haytarak” hərəkatının üzvləri Finessi və onunla bir yerdə olan digər şəxsi İrəvan küçələrindəki kobud, erməniləri aşağılayan hərəkətlər törətdiyi üçün cəzalandırıblar. Sosial şəbəkələrdə yayılan videoda göründüyü kimi, onun saçlarını qırxıb, üzərinə kalium permanqanat töküblər və başını divara vurmağa məcbur ediblər.
Hərəkatın üzvləri bu baş verənləri “torpağımızı ləkələyən hər bir pislik cəzasını alacaq”, - deyə şərh ediblər. Onlar Finessin taksi sürücüsü ilə kobud davrandığını, ictimai yerlərdə, o cümlədən aptekdə özünü nalayiq apardığını və onun bu davranışının videolarını sosial şəbəkələrdə yaydığını iddia ediblər.
Julia Finess internetdə şəxsi "Telegram" kanalında mübahisəli paylaşımları ilə tanınır, burada tez-tez narkotik asılılığını müzakirə edir və başqaları ilə münaqişələrə girir. İrəvan polisi isə xuliqanlıq etdikləri üçün ad çəkmədən iki Rusiya vətəndaşının həbs edildiyini bəyan edib.
Sözügedən videolar Rusiya sosial şəbəkələrində böyük narazılığa səbəb olub. Bunun ermənilərə “baha başa gələcəyini” deyənlər kifayət qədər çoxdur.