DYP-ın "çörək ağacı" Bülbülə yolunda "bitib"
Bülbülədəki avtomobil yolunda qısdən, yoxsa səhfən nizamlanma düzgün yaradılmayıb
Söhbət Səttar Bəhlulzadə küçəsindən gedir. Belə ki, küçədə ötməni qadağan edən nişan var, ancaq yolda xət qırıq-qırıqdır. Bu da sürücülər arasında çaşqınlıq yaradır.
“Polis də cərimələyir ki, ötmək olmaz. Sübut da edə bilmirsən ki, bəs xətlər ötməyə icazə verir”, – deyə sürücülər bildirirlər.
Ekspert Ərşad Hüseynov məsələ ilə bağlı, bildirib ki, burada həm ziddiyyət var, həmçinin istənilən halda indiki vəziyyətdə hər hansı sürücünün ötməyə görə cərimələnməsindən söhbət gedə bilməz.
Avtomobil Yolları Dövlət Agentliyi qeyd edib ki, əraziyə baxış keçiriləcək.