S. Əlisoy: "Bizim üçün qırmızı xətt - Dövlət və Vətən"

"Obyektiv və qərəzsiz tənqid ilk növbədə hakimiyyətin işinə yarayır"

"Təşəbbüs" Vətən Platforması İctimai birliyinin ideya müəllifi, tanınmış araşdırmaçı jurnalust Səxavət Əlisoy eksklyuziv olaraq yeni təşkilatla bağlı bir necə suallarımızı cavablandırıb. Ayaqüstü söhbətimizi oxuculara təqdim edirik. 

Səxavət bəy, bilirsiniz ki, ölkədə 5 minə yaxın ictimai təşkilat qeydiyyatdan keçib, onlardan 500-dən çoxu fəaliyyətdədir. Bu qədər təşkilat olduğu halda hansı ehtiyacdan yeni təşkilat qurmağa qərar verdiniz?

 - Azərbaycanda davamlı olaraq həyatın müxtəlif sahələrinə dair araşdırmalar aparan bir ictimai təşkilat yoxdur. Biz bunu etməyə qərarlıyıq. Cəmiyyətin obyektiv və qərəzsiz araşdırma yazılarına ehtiyacı var. Heç bir tərəf tutmadan vətəndaş olaraq mövqeyin ortaya qoyulması toplumda pozitiv qarşılanır. Sosial, iqtisadi araşdırmalar, toplum - cəmiyyət üçün faydalıdır. Araşdırma sayəsində ortaya çıxan nəticələrdən həm cəmiyyət, həm də aidiyyatı olan dövlət qurumları xəbərdar olacaq. Mütəmadi olaraq müxtəlif səpgili anket sorğuları keçirməyi hədəfləyirik. Razılaşmaq gərək, Azərbaycanda dürüst və obyektiv, məntiqə söykənən ciddi anket sorğuları heç vaxt aparılmayıb. Bunu biz etmək istəyirik. Bizim üçün qırmızı xətt - Dövlət və Vətən. Araşdırmalar, anket sorğuları həyatın bütün sahələrini əhatə edəcəyindən cəmiyyət tərəfindən müsbət qarşılanacaq. Buna şübhə yoxdur.

Təşkilatınızda əsasən hansı sahənin mütəxəssisləri, peşəksrları cəmləşəcək?

 -  Sosial, iqtisadi və sosial-iqtisadi araşdırmalara daha çox üstünlük veriləcək. Ailə, yaşam tərzi, sağlamlıq və təhsilin durumu araşdırılıb, ciddi təhlil olunacaq. Bunun üçün müstəqil mövqei və məntiqli qələmi olan yazarlar, iqtisadçılar, həkimlər və sosioloqlar cəm olunub təşkilata.

Hədəfləriniz digərlərindən nə iıə fərqlənəcək?

 -  İnternet vasitəsi ilə paket şəklində ilk anket sorğusunu keçirməyi planlayırıq. Sorğunun nəticələri ilə cəmiyyəti tanış edəndə hədəflərimiz və digərlərindən fərqimiz daha aydın görünəcək.

Adətən hakimiyyət tənqidi mövqeli təşkilatları qeydiyyatdan keçirmir, siz nə gözləyirsinuz?

 - Obyektiv və qərəzsiz tənqid ilk növbədə hakimiyyətin işinə yarayır. Biz bir siyasi qurum olaraq yox, ictimai birlik olaraq fəaliyyətə başlayırıq. Və Ədliyyə Nazirliyinə təqdim edəcəyimiz sənəddə öz mövqelərimizi, məqsədimizi açıq göstərəcəyik. Odur ki, qeydiyyat məsələsində hər hansı bir problem yaşayacağəmızı düşünmürəm. Qeydiyyat gec-tez baş verəcək. Önəmli olan fəaliyyətə başlamaqdır. Çox yaxın günlərdə cəmiyyət "Təşəbbüs" Vətən Platforması imzası ilə maraqlı araşdırmalarla tanış olacaq.

Dəniz