Son bir neçə gün ərzində “Qırmızı Körpü” gömrük postunda yük maşınlarının kəskin növbəsi yaranıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, Gürcüstan-Azərbaycan sərhəddində sıxlığın yaranmasına səbəb Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.