İsa Qəmbər prezident seçkisinə qatılacaq? – “Hər cavabın öz zamanı var"
“Hakimiyyət növbədənkənar prezident seçkiləri qərarı ilə siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin, eləcə də potensial müşahidəçi missiyalarının seçkilərə hazırlaşmaq imkanını minimuma endirib”.
Bunu “AzPolitika.info”ya açıqlamasında Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər deyib.
“Seçki kampaniyasının tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq ki, bu da seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur”, - o əlavə edib.
"Bu şərtlər daxilində seçkidə iştirak edə bilərsizmi” sualını İsa Qəmbər bel cavablandırıb: “Hər cavabın öz zamanı var”.