Diqqətli olun - "Azərpoçt" MMC adından möhtəkirlik
"" Müxalifət" qəzetinin baş redaktoru, tanınmış jurnalust Rövşən Kəbirli "Azərpoçt" MMC adından möhtəkirlik mesajı alfığı barədə post paylaşıb və hamını diqqətli oımağa çağırıb:
- SOS.. SOS...
Dostlar yəqin bugünlərdə çoxunuzun telefonuna bu məzmunda xəbərdarlıq mesajı gəlib. Heç bir yerdən hansısa şəkildə poçt bağlaması gözləmədiyimdən, mən bunun yeni peyda olmuş hansısa dələduzların əməli olduğunu anladım. Amma ola bilər ki, vətəndaşlardan bəziləri dələduzların şirnikləndirici xəbərinə aldana və orda qeyd olunan məlumatları göndərə bilərlər. Əsla bunu etməyin, ümumiyyətlə, heç göstərilən linki belə açmayın. Əks halda telefon nömrənizdən istifadə etməklə orda göstərdiyiniz bank kartındakı hesab nömrələri dələduzların əlinə keçə bilər ki, nəticədə 2-3 dəqiqə ərzində kartınızdakı məbləğ çıxarılaraq mənimsənilə bilər.
Bəlkə də mən məlumatsızam, amma hələki “Azərpoçt” MMC-nin yeni dələduzluq növü ilə bağlı əhaliyə xəbərdarlıq etdiyi məlumata rast gəlməmişəm.
Ona görə də bu barədə “Azərpoçt”un operativliyinə şübhə etmədiyim mətbuat xidmənin rəhbəri, işinə məsuliyyətlə yanaşan həmkarım Mehman Davudoğluna da məlumat verməyi vacib hesab etdim.