Ölkədən xeyir-bərəkət niyə çəkilib?

Paşa Yaqub

Xalqımız zülmdən nə vaxt xilas olacaq?

Bir suala bir cavab
Təranə Dadaşova adlı izləyicimiz yazır:
- SALAM DOKTOR, SİZƏ HƏR DƏFƏ DANIŞDIQCA MƏNƏ EYNİ HƏYƏCAN VERƏN BİR YUXUM HAQQINDA YAZACAM.
DEMƏK YUXUDA GÖRDÜM Kİ, AZAN SƏSİ LAÇINDA BİRDƏN YÜKSƏLİR (BU ARADA LAÇINI BİZƏ YENİDƏN VERƏN ALLAHA MİN ŞÜKÜR. ALLAH RƏHMƏT ELƏSİN ŞƏHİDLƏRİMİZƏ QAZİLƏRƏ ŞƏFA DİLƏYİRƏM. ALLAH QORUSUN ORDUMUZU).
AZAN SƏSİ QALXDIQCA HƏR YERDƏN GİLANAR, YƏNİ ALBALI AĞACLARI QALXIR, SÜRƏTLƏ BÖYÜYÜR VƏ AĞ APPAQ ÇİÇƏK AÇIR. AZAN SƏSİ AZALDI, ANINDA ÇİÇƏKLƏR SOLURDU VƏ AZAN SƏSİ DAHA DA GÜCLÜ GƏLDİ, O ANDA BÜTÜN ŞƏHƏR AĞ APPAQ ÇİÇƏKLƏ DOLDU. HƏYƏCANLI İDİM, İNANIN Kİ, GÖZLƏRİM DOLUR HƏR DƏFƏ O YUXU HAQQINDA DANIŞANDA.
BU TİP YUXU MƏN BİR DƏFƏ DƏ BAŞQA CÜR GÖRDÜM.
ALLAH BİZİ ÖZ YOLUNDAN DÖNMƏYƏ QOYMASIN, İNŞALLAH. TEZLİKLƏ NAMAZA BAŞLAYACAM. YUXUMU YOZMAĞINIZI XAHİŞ EDİRƏM.

Cavab:
- Hörmətli Təranə xanım, bu adi yuxu deyil, burada cəmiyyətə ötürülmüş böyük bir mesaj var. Mesajın mənası odur ki, Laçın (ümumilikdə Qarabağ) torpağı, suyu, havası, təbiəti ilə Allahın ən gözəl nemətləridir. Bu nemətlərdən xalqımız o vaxt faydalanacaq ki, Haqqa təslim olsunlar və Onun nemətlərinə şükür etsinlər. Azan Haqqa dəvətdir, namaza, doğru yola, gözəl əməllərə dəvətdir. Nə vaxt insanlarımız Allahın dəvətini (azanı) qəbul edib, tövbə edərək, günahlardan uzaqlaşıb, Haqqa dönəcəklər, onda Rəbbim izn verəcək ki, Onun gözəl nemətlərindən xalq faydalansın (yuxuda Azan səsi gələndə ağacların canlanması, çiçəkləməsi buna işarədir).
Yox, əgər insanlar tövbə edib, günahardan çəkinməsələr o gözəl nemətdən faydalana bilməyəcəklər.
Yeri gəlmişkən, otuz il qabaq Qarabağın ermənilər tərəfindən işğalının da gerçək (pərdəarxası) səbəbi oranın insanlarının (hələ sovetlər dönəmində) haqdan (namazdan, dindən, dürüstlükdən...) uzaqlaşması, oğurluğa, haramçılığa kütləvi meyl etməsi səbəbindən baş verdi. Çünki, Rəbbim Quranda buyurur ki, bir qövm yolun azarsa onu başqa bir zalım qövmün əli ilə (işğalı ilə) cəzalandırarıq.

Elmi-lədun bilicisi olaraq mənə məlumdur ki, ermənilərin Qarabağı işğal etməsinin gerçək səbəbi o bölgənin əhaisinin yolunu azması səbəbindən idi (rus ordusu, Z. Balayan falan... bunlar məsələnin görünən tərəfidir, mən sizə görünməyən tərəfindən danışıram).

Rəbbim Musa qövmünü 40 il Tih səhrasında cəzalandırdığı kimi, (tövbə edib, yollarına qayıdandan sonra Allah onlara yurdlarına qayıtmağa izn verdi), qarabağlıları da (hələ ki) 30 il Azərbaycanın düzənliklərində sərgərdən qoydu. Çox təssüflər osun ki, camaatımız bu hadisənin hikmətini (gerçək mənasını, niyə baş verdiyini) dərk eləmir və etdikləri günahlara görə tövbə edib Allahdan üzr diləmirlər...
Ona görə də Qurbanlar (şəhidlər) verib üç ildir aldıqları torpaqlardan, oranın nemətlərindən faydalana bilmirlər. Dəccal əjdaha kimi yolu bağlayıb, insanları öz ata-baba torpaqlarına buraxmır...

Öz torpaqlarına qayıtmaq üçün Allah Qarabağlılara o vaxt kömək edəcək ki, o camaat 30 il qabaq torpaqlarından çıxarılmalarının gerçək səbəbini (günahlarını) dərk etsinlər və bu səbəbi aradan qaldırsınlar (Musa qövmü kimi, bunlar da tövbə edərək Haqqa dönsünlər, Allahın dəvətini qəbul etsinlər...).

İzləyicilərim haqlı olaraq sual verəcəklər ki, guya Azərbaycanın digər bölgəsində (Şirvanda, Şəkidə, Gəncədə, Şimalda, Cənubda...) yaşayanlar günah etmirlərmi?
Əlbəttə edirlər! Fərq ondadır ki, Qarabağ əhalisi digər bölgələrin əhalisindən daha əvvəl (hələ sovetlər dönəmindən) yollarını azdılar... Digər bölgələrin əhalisi isə, doxsanlarda və ondan sonra yollarından sapmağa başladılar. Nəticədə Allah qarabağlıları ermənilərin əli ilə, digər bölgə (Şirvan, Cənub, Şimal....) əhalisini də Dəccalın əli ilə cəzalandırdı. Hazırda toplum olaraq bütün Azərbaycan xalqı (Şimallı, Cənublu, Qarabağlı...) hamısı Dəccalizmin əsarətində, diziüstə (çökmüş halda) zarımaqdadır... Səslərini çıxarıb, haqların istəyərlərsə, hamısını ailəlikcə, hətta, istəsələr nəsillikcə zindanlarda çürüdə bilərlər...
Bütün rayonlarda torpaqların ən yaxşısını və su mənbələrini Dəccal ələ keçirib (işğal edib); xalq öz torpağından, suyundan istifadə edə bilmir, ac-yalavac kənardan baxır. Yaxud, öz torpağında qul kimi (hüquqsuz) işləyir; istənilən vaxt onu işdən qovub, cəzalandıra bilərlər. Bütün bunların gerçək səbəbi xalqımızın kütlvi şəkildə Haqdan üz döndərməsi, toplum olaraq pozğun həyat tərzinə, haramçılığa meyl etməsi səbəbindən baş verir... Allah-təala buyurur ki, bir qövm yolunu azanda onu daha zalım bir qövmün əli ilə cəzalandırarıq. Qarabağlılar zalım ermənilərin əli ilə cəzalandısa, Azərbaycanın digər bölgələri də ermənidən qat-qat zalım olan Dəccalizmin əli ilə cəzalandı. Bu cəzalanma prosesi o vaxta qədər davam edəcək ki, həm qarabağlılar, həm şirvanlılar, cənublular, şimallılar... öz günahlarını dərk edəcəklər və tutduqları səhv yola görə Allah qarşısında tövbə edərək, Haqqa dönəcəklər; Allahın dəvətini qəbul edəcəklər. Onda Allah dəccalizmi yox edəcək və xalqın yolunu açacaq, xalq Allahın yaratdığı gözəl nemətlərdən (havasından, suyundan, torpağından, dənizindn, balığından, yeraltı və yerüstü sərvətlərindən) faydalana biləcəklər.
Artıq 23 ildir ki, Allah bizim dilimizlə bu mesajı insanlara ötürür (insanlara günahlarını izah edir). Çox təəssüf ki, xalqımız hələ ki, bu mesajları qulaqardına vurur. Elə bilir ki, Avropa falan bunları xilas edə bilər. Dərk edə bilmir ki, dəccalizmin başı Avropada yerləşir və onlar Şərq xalqlarını nəinki xilas etməzlər, əksinə bu əraziləri dəccalizmin poliqonuna çevirib, eksperiment aparırlar. Əhalinin 90 faizi bilir ki, Avropada oturub dünyanı idarə edən mafiyalar (dəccalizm) dünya əhalisinin sayını dəfələrlə azaldıb, minimuma endirməyi planlaşdırırlar. Bunu bildikləri halda yenə də Allahdan deyil, yahudi və xristiyanlardan nicat gözləyirlər. Gözləyə-gözləyə də bir hissəsi zindanlarda, digər hissəsi qəriblikdə, bir hissəsi də öz evində ac-yalavac ömürləri çürüyür....

Nə vaxt ki, xalqımız düşdüyü vəziyyətin gerçək səbəbini (günahlarını) dərk edib, tövbə edəcək, onda Allah bizi həm erməninin, həm rusun, həm avropa mafiyasının, həm də dəccalizmin əsarətindən xilas edəcəkdir.
Ey xalqım! Papağınızı qabağınıza qoyub, dərindən düşünün. Ömrünüzü zindanlarda, qəriblikdə, Dəccalın əsarətində çürütmək yaxşıdır, yoxsa tövbə edib, doğru yola dönmək, Allah bəyənən əxlaqa və əməllərə sahib olmaq? Seçim sizindir: iki yoldan birini seçməlisiz.

Samira Əzizova adlı izləyicimiz yazır:
- O qədər gözəl izah vermisiniz ki. Ümumiyyətlə bu cür yazılarınızı maraqla oxuyuram. Allah sizi var eləsin, elminizə bərəkət versin. Amin.
Əvvəlki yazılarınızda da bu yazınızda da bir sual məni düşündürür, amma yanlış anlaşılmaq istəmədiyim üçün sualı vermirdim. Sualım sizin əməyinizi sorğulamaq deyil, əstəğfürullah, sadəcə özümə də maraqlıdır ki, bir neçə yolunu azmışların günahına görə niyə bütün millət cəza çəkir? Məsələn, tutaq ki, mən günah etmişəm bu zülmü çəkirəm, mənə yaxşı da olur. Bəs bu haqsızlığa mənimlə birlikdə günah etməyən insanlar körpələr və sairə vətəndaşlar da məruz qalır axı. Bu necə olur? Deyək ki, mən səhvimi anlayıb tövbə etdim. Bəs məndən daha artıq günah edən biriləri hələ də tövbə etməyibsə, onda ölkə yenə bu zülmdən xilas olmayacaq? Ümumiyyətlə elə insanlar var ki, ömürlərinin axırına qədər onlar tövbə etmir. Onda bu ölkənin və insanların halı necə olacaq?

Cavab:
- Samira xanım, maraqlı sualdır.
Əvvəlcə qeyd edim ki, bütün dövrlərdə əhalinin müəyyən qismi günahkar olur. Əgər günahkarlar əhalinin yarıdan azını təşkil edirsə və onların günahları bəyənilib xalq tərəfindən təqdir olunmursa (yəni, xalq günahkarlardan məsafə saxlamağa çalışırsa), onda bu hal Allahı qəzəbləndirmir və Allah o cəmiyyətə ruzi-bərəkət verir. Məsələn, Sovet dönəmində də günahkar insanlar vardı, amma, bunlar az qisim olduğuna görə cəmiyyətdə ruzi-bərəkət aşıb-daşırdı...
İndiki dövr tamamilə fərqli bir (şeytani) dövrdür. Bu dövrdə günahkarlar əhalinin böyük əksəriyyətini (Elmi-lədun hesablamamıza görə 71 faizini) təşkil edir. Hətta, bu azmış kimi, elə bir iyrənc vəziyyət yaranıb ki, bütün günahkarları, pozğunları, haramzadələri, zinadan törəyənlərin hamısını yüksək vəzifələrə təyin edirlər, televiziyalardan onları ağsaqqal adı ilə evlərə soxub, xalqın tərbiyəsini pozurlar... Bütün pozğunlara nümayişkəranə şəkildə ev, maşın hədiyyə edirlər ki, qalan əhali də onları görüb şirniklənsin, onlara bənzəməyə çalışsın...

Xalq bunun pis olduğunu dərk etsə də, amma, zalıma, pozğuna pərəstiş edir, rəğbət bəsləyir, ona yaxın olmağa, onun yerində olmağa çalışır...
Bütün bu və digər günahlar cəmiyyətin yarıdan çoxunu əhatə etdiyinə görə cəmiyyəti çökdürür və Allahın qəzəbinə səbəb olur. Nəticədə Allah ölkədən xeyir-bərəkəti çəkir (əkinlər bar vermir, çaylarda balıq, çöllərdə ov heyvanları qəhətə çıxır), insanlar indiki kimi aç yalavac, zəlil günündə qalırlar...

Bir məsələni də qeyd etməyi lazım bilirəm ki, xalqın ruzisi rəhbərin ayağında olur. Yəni rəhbər ləyaqətli, özünə, mövqeyinə hörmət qoyan olarsa onda Allah o rəhbərin dövründə ruzilərə bərəkət verir, xəstəlik, digər sıxıntılar olmur. Məsələn, sovet döründə xalqların ruzisi Brejnevin ayağında idi. Həmin dövrdə heç işləməyən insan belə, çayların balığı, meşələrin heyvanı ilə heç bir korluq çəkmədən normal yaşayırdı....

İndi çaylar həmin çaylar, meşələr də həmin meşələrdi, gedin axtarın, görün içində bir dənə balıq, meşədə bir quş tapa bilərsizmi? Allah hamısın qəhətə çəkib. Çünki, ölkədə haqsızlıq, ədalətsizlik, pozğunluq tüğyan edir, zülm ərşə dirənib.... Heç bir rəhbər özünə, vəzifəsinə hörmət qoymur, hər cür alçaqlığı (narkotik satdırmağı, fahişəxana saxlamağı...) özünə yaraşdırır...

O ki qaldı sualınızın digər hissəsinə ki, insanlar tövbə etməsələr bu ölkənin halı necə olacaq?
Qeyd edək ki, əgər insanların çox hissəsi tövbə edərsə, cəmiyyətdə tarazlıq düzələcək və bəla gəlməyəcək; ruzi bərəkət artacaq, xalq korluq çəkməyəcək, kütləvi xəstəliklər olmayacaq...

Əks halda (tövbə etməsələr) bəlalar, xəstəliklər, zəlzələlər daha da artacaq və xalqın böyük əksəriyyəti həlak olacaq (Nuh qövmü, Lut qövmü, Səmud qövmü kimi ). Ondan sonra qalan 29 faiz günahsız əhali özünə normal dövlət qurub (onda düzgün dövlət qurmağa mane olası adam qalmayacaq), adam kimi qayğısız yaşayacaqlar. Bəşəriyyətin kamillik dövrü olacaqdır.

Bizim görəvimiz odur ki, daha çox insanı xəbərdar edək ki, bəlkə tövbə edənlərin sayı yarıdan çox olsun, şeytani dövrdən kamillik dövrünə keçid məxməri (qansız qadasız) baş versin.

Bütün hallarda (istər qanlı, istər qansız) bu keçid baş verəcəkdir. Hazırda dünyada bu proses (zəlzələ lər, daşqınlarla...) Davam etməkdədir. Bildiyim qədər ilin sonunadək dəccalizmə böyük zərbə dəyəcəkdir. İl dəyişəndən sonra isə, təbii fəlakətlər daha da intensivləşəcək, geniş miqyas alacaq ki, bu da şeytani dövrə son qoyacaqdır...
Bütün hallarda Allah tövbə edənləri qoruyacaqdır.