Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin artıb

Gürcüstandan 2023-cü ilin ilk yanvar-noyabr ayları ərzində Azərbaycana 408,99 milyon ABŞ dolları dəyərində 21 211 ədəd avtomobil ixrac edilib. Bu barədə Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin dəyəri 138,66 milyon dollar və ya 51,2% artıb. Ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycana 270,33 milyon dollar dəyərində 27 700 ədəd avtomobil ixrac edib. Statistikaya əsasən, bu il noyabradək Gürcüstan 1 milyard 946,94 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 2,5 dəfə çoxdur. Avtomobil bu il Gürcüstanın əsas ixrac məhsulu olub.