Gələn il Gürcüstanda elektrik enerjisi ucuzlaşacaq
![](https://lim10.az/images/article/big/1703763524_102.jpg)
Yanvarın 1-dən Gürcüstanda elektrik enerjisinin tarifi 3 tetri aşağı salınacaq.
Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası cari sessiyada Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının 4 dekabr 2008-ci il tarixli 33 nömrəli “Elektrik enerjisi haqqında” qərarında ediləcək dəyişiklikləri dəstəkləyib.
Semek-in sədri Davit Narmaniyanın sözlərinə görə, tarifin aşağı salınmasının həm hüquqi, həm də iqtisadi əsasları var.