BDU-nun tələbələri niyə dərsə gəlmir?

BDU-nun tələbələri istilik sisteminin olmamasına görə dərslərə gəlmirlər

Tələbələrin sözlərinə əsasən, universitetdə istilik sistemi işləmir və auditoriyalarda qalmaq mümkün olmur. Bu səbəbdən bəzi tələbələr dərslərə gəlmirlər.

BDU-nun tələbələri dərs otaqlarının birində lövhəyə problemlə əlaqədar universitetin rektoru Elçin Babayevə ərizə yazaraq müraciət ediblər.

Universitetdən verilən məlumata əsasən, BDU-nun bütün korpuslarında istilik sistemi işləyir və istiliklə bağlı hər hansı problem yoxdur.