Avtomobillərin qiymətinin kəskin bahalaşmasına SƏBƏB NƏDİR? - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycana idxal edilən maşınların gömrük xərcləri kifayət qədər yüksəkdir. Eyni zamanda, yanvar ayının 1-dən Azərbaycana idxal edilməsinə qadağa qoyulan maşın yaşları da azaldılıb. 2014-cü ilə qədər istehsal tarixi olan maşınların ölkəyə idxalına məhdudiyyət qoyulub". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, bu maşınların idxal yaşı cavanlaşdıqca bazarda qiymətlərin bahalaşması gözləniləndir: "Çünki yaşı az olan maşınlar daha baha olur. Digər tərəfdən kasıb əhalinin almaq istədiyi istehsal tarixi daha çox olan maşınların qıtlığı yaşanır. Ona görə də yaşı az və ucuz maşınlara tələbat artır. Bu tələbat təklifi üstələdiyinə görə maşınların qiyməti artır. Təzə maşınların qiymətləri demək olar ki, olduğu kimi qalır".

"Bahalaşanlar istehsal tarixi daha çox olan ikinci və üçüncü əl maşınlardır. Bunun da bir səbəbi gömrük xərcləri, digər səbəbi isə Azərbaycana idxalına icazə verilən maşınların ildən-ilə yaşının gəncləşməsidir",- deyə o əlavə edib.

Ləman Sərraf

0.053432941436768