Ukrayna ordusunun baş komandanı vəzifəsindən azad edilib?

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valerji Zalujnı tutduğu vəzifədən azad edilib.

Bu barədə ölkənin sabiq deputatı Borislav Bereza özünün “Facebook” səhifəsində yazıb.

O, məlumatı prezident ofisindən aldığını qeyd edib.

Hələlik məlumat rəsmi səviyyədə təsdiqini tapmayıb.