Fransada müxalifət hökumətə etimada dair səsvermənin keçirilməsini tələb edir

Fransada müxalifət tərəfindən Milli Assambleyaya (parlamentin aşağı palatası) hökumətə etimad məsələsi ilə bağlı səsvermə üçün ilk sorğu təqdim edilib.

Bununla bağlı tələb iclasda hələ baş nazirin əsas nitqini söyləməzdən əvvəl irəli sürülüb.

Milli Assambleyanın spikeri Yael Bron-Pive qeyd edib ki, etimad məsələsi üzrə səsvermə ilə bağlı sorğunu Matilda Pano (“İtaətsiz Fransa” partiyasının parlament fraksiyasının rəhbəri), Boris Vallo (Sosialist Partiyası) təqdim ediblər. Sözügedən sorğunu Siryel Şatelen (“Avropa - ekologiya – yaşıllar”), Andre Şassen (Fransa Kommunist Partiyası) və asambleyanın 146 deputatı göndəriblər.

“Müzakirənin tarixi və saatı mənim keçirəcəyim fraksiya sədrlərinin konfransının nəticələrinə əsasən müəyyən olunacaq”, - deyə spiker əlavə edib.