İntim görüntüləri yayılan polkovnik öz ərizəsi ilə işdən çıxıbmış
İntim görüntüləri yayılan polkovnik video yayılmamışdan bir neçə gün əvvəl özü işdən çıxıbmış.
Videoda yer alan və qadınları çəkmək üçün otağına əvvəlcədən kamera yerləşdirdiyi iddia edilən polkovnik Zaur Mirzəyev görüntülər ictimailəşməmişdən bir neçə gün əvvəl, daha dəqiq isə avqustun 8-i öz istəyi ilə işdən azad olunub.
O, istefa verənə qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi olub.
Eyni zamanda, görüntülənən qadınlarla bağlı da FHN-də bu gün iclas keçiriləcəyi gözlənilir.