Aİ-nin mülki missiyası Nigeri tərk edəcək

Avropa İttifaqının (Aİ) hərbi missiyası bu ölkənin hakimiyyət orqanlarının tələbi ilə Nigerdən çıxarılıb.

Bunu Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrel Avropa İttifaqının müdafiə nazirlərinin qeyri-rəsmi görüşü sonrası keçirilən mətbuat konfransında bəyan edib.

“Aİ-nin hərbi missiyası Nigerdən çıxarılıb, mülki missiya isə iyun ayına qədər geri çəkiləcək. May ayında hər bir ölkəyə dair Saheldəki vəziyyətlə bağlı ətraflı müzakirə aparmaq niyyətindəyik”, - Borrel bildirib.

Mənbə: TASS