Putin: “Rusiya İl-76 hərbi təyyarəsinin vurulması ilə bağlı beynəlxalq araşdırmada israrlıdır”

Rusiya prezidenti Vladimir Putin Belqorod vilayətində İl-76 hərbi təyyarəsinin “Ukraynanın nəzarətində olan ərazidən ABŞ-nin Patriot sistemi tərəfindən vurulduğunu” bildirib.

Putinin sözlərinə görə, “bunu ekspertiza müəyyən edib”.

Dövlət başçısı qeyd edib ki, Rusiya məsələ ilə bağlı beynəlxalq araşdırmanın aparılmasında israrlıdır.

O, həmçinin vurğulayıb ki, Rusiya təyyarə insidentindən sonra belə Ukrayna ilə əsir mübadiləsini dayandırmayacaq.

Mənbə: İnterfaks