Türkiyənin ixracatı rekord həddə çatıb

 

Türkiyənin 2023-cü ilin yanvar ayında ixracatı illik müqayisədə 3,6% artaraq rekord həddə - 20,028 milyard dollara çatıb.

Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib.

“Türkiyə tarixində yanvar ayı üçün ən yüksək ixrac rekordunu qırdıq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Türkiyənin dünya ixracatındakı payı 1,06%-ə yüksəlib. Həmçinin idxalda da azalma və ticarət balansında kəsir müşahidə olunur.

Nazir xatırladıb ki, 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələyə baxmayaraq, ixrac 255,8 milyard dollarlıq tarixi maksimuma çatıb. Son 12 ayda bu, 256,5 milyard dollar təşkil edib.

Yanvarda idxal 22% azalaraq 26,201 milyard dollar olub. Ticarət kəsiri 57% azalaraq 6,2 milyard dollar təşkil edib. İdxalın əhatə əmsalı 18,9 faiz bəndi, yəni 76,4%-ə qədər artıb.

Mənbə: Anadolu Ajansı