BTQ-nin Gürcüstan hissəsinin modernləşdirilməsi bu il başa çatacaq

Gürcüstanda dəmir yolu magistrallarının, o cümlədən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi layihələri 2024-cü ildə başa çatdırılacaq. Bu barədə “Avropa dövlətinin qurulması naminə” adlı hökumət proqramında qeyd olunub. Sənəddə deyilir ki, bu, Asiya ilə Avropa arasında yükdaşıma müddətini xeyli azaldacaq, bu da ölkə ərazisindən əlavə yük axınının cəlb edilməsi üçün zəruri şərtdir. Bundan başqa, sənədə əsasən, yüksək sürətli dəmir yolu əlaqələrinin inkişafı üçün araşdırmalar aparılır. Tbilisi-Maxincauri əsas dəmir yolunun modernləşdirilməsi layihəsi çərçivəsində Rikota aşırımında 38 kilometr yeni hissənin tikintisi, mövcud 23 kilometrlik hissənin yenidən qurulması planlaşdırılır. Altı tunelin tikintisi artıq başa çatıb, onlardan birinin uzunluğu 8,3 min metr təşkil edəcək. Eyni zamanda, 3 tunel artıq işləyir, üçündə isə işlər başa çatdırılır.