Qarabağ və Şərqi Zəngəzurda istehsal olunan sənaye məhsulunun məbləği AÇIQLANDI
Ötən il Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 261 milyon 712 min manat həcmində sənaye məhsulu istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, bu göstəricinin 242 milyon 860 min manatı Qarabağ iqtisadi rayonunun payına düşüb.
İl ərzində sənaye sektoru üzrə ümumi daxili məhsulun (ÜDM) həcmi Ağcabədi rayonunda 76 milyon 70 min manat, Bərdə rayonunda 72 milyon 967 min manat, Ağdam rayonunda 30 milyon 728 min manat, Tərtər rayonunda 28 milyon 680 min manat, Füzuli rayonunda 26 milyon 772 min manat, Şuşa rayonunda 6 milyon 496 min manat, Xocavənd rayonunda 1 milyon 19 min manat, Xocalı rayonunda 124 min manat təşkil edib.
2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonunda 18 milyon 852 min manat həcmində sənaye məhsulu istehsal edilib. Bu iqtisadi rayonda ən çox sənaye istehsalı 11 milyon 189 min manat həcmlə Laçın rayonunda olub. Cəbrayıl rayonunda sənaye istehsalı 3 milyon 344 min manat, Kəlbəcər rayonunda 2 milyon 7 min manat, Qubadlı rayonunda 1 milyon 187 min manat, Zəngilan rayonunda 1 milyon 124 min manat təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda ümumilikdə 66 milyard 619 milyon 55 min manat həcmində sənaye məhsulu istehsal olunub. İl ərzində Bakıda sənaye sektoru üzrə ÜDM-in həcmi 56 milyard 116 milyon 609 min manat, Naxçıvan MR-da isə 593 milyon 899 min manat təşkil edib.