“Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (IDR) “BB+” səviyyəsində, müsbət proqnozla təsdiqləyib.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (IDR) “BB+” səviyyəsində, müsbət proqnozla təsdiqləyib. 

Qeyd olunub ki, reytinq Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.
“Cari hesabın profisiti 2023-cü ildə ÜDM-in 14,8%-nə qədər iki dəfə azalıb, lakin “BB” kateqoriyasında ən yüksək olaraq qalır. Neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq (neft və qaz gəlirləri ümumi ixracın 90%-ni təşkil edir) 2024-2025-ci illərdə profisitlərin güclü qalacağını gözləyirik. Suveren valyuta aktivləri 2023-cü ildə 69,8 milyard ABŞ dollarına yüksəlib ki, onun da 80%-i Azərbaycan Respublikasının Dövlət Neft Fonduna (ARDNF) məxsusdur. Bu da hələ də yüksək enerji gəlirlərini və ARDNF-nin investisiya portfelində rekord yüksək gəlirləri əks etdirir. 2023-cü ildə ÜDM-in 67%-i səviyyəsində təxmin edilən Azərbaycanın xalis suveren aktiv mövqeyi 2024-2025-ci illərdə sabit qalacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir”-Fitch əlavə edib.