Bakıda Eldar Əzizovun adı ilə "fon" verən məmurun niyyəti bəlli olub - ŞOK FAKTLAR

Coşqun Cəbrayılovun yeriyən postterminalının pul yığmaqdan əlləri “mazol” olub

 

Bakının Nizami rayonundakı qanunsuz hallar, sabiq məmurların bu rayonda özbaşınalıqla məşğul olması, İcra Hakimiyyətinin isə dövlətin sahubkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi siyasətlə uzlaşmayan davranışları son günlər medianın gündəmindədir. Təkcə elektron KİV-lər deyil, hətta aparıcı televiziya kanalları Nizami rayonundakıözbaşınalıqlardan bəhs edən reportajlar yayırlar. Buna misal olaraq, ATV, “Xəzər”, “Space” kimi kanalların yayımladığı materialları göstərmək olar. Nə baş verir? Nizami rayonunun adı niyə hələ də “əlləm-qəlləm” işlərdə hallanır? Belə çıxır ki, Coşqun Cəbrayılovun vəzifəsinin öhdəsindən gələ bilməməsi, rayonu sabiq məmurların ticarət meydançasına çevirməsi, özünün nüfuz sarıdan ciddi korluq çəkməsi barədə iddialar həqiqətə söykənir.

Hər halda rayon əhalisi arasında Coşqun Cəbrayılovun qara kassası, canlı postterminalı kimi tanınan İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadovun xüsusən sahibkarların, tikinti işləri ilə məşğul olan iş adamlarının cibini soymasına şərait yaratmazdı… Maraqlıdır ki, Tural Cavadov ünsiyyətdə olduğu vətəndaşlarla söhbətində tez-tez Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adını çəkir və elə təsəvvür yaratmağa çalışır ki, Coşqun Cəbrayılov iş instruktajını məhz Eldar müəllimdən alır. Görəsən Coşqun Cəbrayılovun bundan xəbəri varmı? Və yaxud Eldar Əzizovun özü bilirmi ki, Tural Cavadov adlı xırda məmur öz əməllərini məhz onun adı ilə sığortalamağa çalışır. Hər halda biz inanmırıq ki, Nizami rayonunda tikinti şirkətlərindən yığılan puldan, bunun müqabilində yaşıllıqların məhv edilməsindən hörmətli Eldar müəllimin xəbəri var. Odur ki, diqqətini Nizami rayonuna, başçının yeriyən “mİlli ön”, “e – manat” kimi istifadə etdiyi Tural Cavadovun əməllərinə yönəltsə yaxşıdır.

Yazının əvvəlində təsadüfən qeyd etmədik ki, Nizami rayonu İcra Hakimiyyətinin davranışları dövlət siyasəti ilə uzlaşmır. Hər halda Tural Cavadov kimi "məmur qırığ"ının hərəkətləri bilavasitə cənab Prezidentin vətəndaşlara xidmətlə bağlı çağırışlarına ziddir. Yaxşı olar ki, Nizami İcra Hakimiyyəti “qara-qura” işlərdə ad çıxarmaqdansa, 7 fevral növbədənkənar prezident seçkisində ən aşağı seçici fəallığı göstərən rayon olmasının səbəbləri barədə düşünsün. Coşqun Cəbrayılov işləyə bilmirsə, getsin Yasamal və Nərimanovun başçılarından öyrənsin ki, dövlətə, xalqa necə xidmət olunur… Yoxsa Tural Cavadov kimi pul yiğmaqdan əllərinin “mazol” olması heç bir halda dövlətə xidmət deyil.

Əlimizdə Tural Cavadovun tikinti şirkətlərinin təmsilçiləri ilə pul söhbərləri aparmasını təsdiq edən səs yazıları da var. Növbəti dəfə onları açıqlayacağıq.

Tural Cavadovun bu günlərdə özünə Şahin dlı köməkçi pulyığan işə götürməsi diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Pulu indi Şahin yığsa da “ana kassa”nın kim olduğu hamıya məlumdur.

Yazıdakı iddialarla bağlı, əlaqədar şəxslərin cavab haqqını tanıyırıq./xəbəral.az/