"Bakcell": Xan mənim arxam, mən kimdən qorxam?!
Mobil operatorların öz müştərilərinə problem yaratmağı artıq adi hala çevrilib.
Vətəndaşların mobil operatorlar vasitəsilə balanslarından pulların silinməsi şikayətinə mütəmadi mətbuatda rast gəlinir. Məsələ uzun müddət sosial şəbəkələrin və mətbuatın müzakirə mövzusunda olur. Buna baxmayaraq problemlər günü-gündən artmaqdadır.
İlkin Məmmədkərimov Bakcell MMC-nin xidmət səviyyəsi və keyfiyyətinin bərbad, qiymətlər isə həddən artıq baha olması ilə bağlı redaksiyamıza məktub ünvanlayıb
Həmin məktubu olduğu kimi təqdim edirik:
Sizə şikayətim Bakcell mobil operatorundandır, belə ki Bakcell mobil operatorunda xidmət səviyyəsi və keyfiyyət bərbad, qiymətlər isə heddən artıq bahadır.
Üstəlik minbir fırıldaqla abunəçilərin cibini soyurlar, Bakcell-də abonentin razılığı olmadan məcburi şəkildə pullu xidmətə qoşurlar. Məsələn, təzə nömrələrdə Mancestr Yunayted, Valyuta Məzənnələri, tarif dəyişikliyində isə buraxılmış zəng xidməti avtomatik aktivləşir, şirkətə abonentin istəyi olmadan məcburi şəkildə xidmətlərə qoşurlar. Bakcell nömrədə hər hansısa xidməti müştərinin istəyi olmadan aktivləşdirə bilərmi? Bu müştəri hüquqlarının pozulmasıdır. Bu qanunsuzdur abonentin istəyi olmadan heç bir operator abonenti pullu xidmət qoşa bilməz, desəm də qulaqardına vururlar. Bakcell-də tariflərdə çox bahadır Bakcell-in xidmətlerindən istifadə etmək istəyən abonent mütləq şəkildə şirkətə ya gündəlik, ya həftəlik, yada aylıq abunə haqqı ödəməlidir. Aylıq abunə haqqı olmayan 2 tarif var: ƏlaSaat və SevimliCİN. Əksər tariflərdə isə şəbəkə xarici zəngin bir dəqiqəsi 12 qəpikdir ki, heç bir mobil operatorda bir dəqiqəsi 12 qəpiyə tarif yoxdur.
Ümumiyyətlə bizdə mobil danışıq tarifləri digər ölkələrlə müqayisədə azı 3-4 dəfə bahadır. Çünki bizdə mobil operatorlar arasında rəqabət yoxdur. Təklif edirəm ki, bizdə bütün dünyada fəaliyyət göstərən mobil operatorlar - Vodafone, Orange, T-Mobile, MTS, Beeline və s.Mobil operatorlar fəaliyyət göstərməlidir. Mobil Nömrələrin Daşınması xidməti var. Bu xidmət 5 ilə yaxındır ki, tətbiq olunsa da mobil operatorlar bu xidməti çox tanıtmır. Çünki bu xidmətdən nə qədər çox istifadə edilərsə, mobil operatorlar arasında rəqabət bir o qədər güclənər və mobil danışıq tarifləri bir o qədər aşağı düşər. Məsələn, qonşu Türkiyədə bu xidmətin təbiqindən sonra qiymətlər 60% aşağı düşdü, Fransada qiymətlər 40%, Almaniyada isə qiymətlər 30% aşağı düşdü. Bizdə isə hələ çox insan bu xidmətin tətbiqindən xəbərsizdir, hec bununla bağli bir neçə müddətdir ki, statistika da açıqlanmır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq