Bayden iqlimdən danışanda Putinə ağır söz atıb

 

ABŞ prezidenti Co Bayden özünün seçkiqabağı tədbirində Rusiya prezidenti Vladimir Putin barəsində ağır ifadə işlədib:

"Bizdə Putin və başqaları kimi elə gicbəsər it uşaqları var ki, biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq. Amma bəşəriyyət üçün həyati təhlükə - iqlim dəyişikliyidir”.

Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, belə ifadələr Putinə çətin ki toxunsun, amma bu ifadəni işlədənin şəxsiyyətini alçaldır.

Peskov əlavə edib ki, Bayden “Hollivud kovboyu” kimi görünmək istəyib.

Hərbi poliqonlara zərbələrdən çox sayda rusiyalı hərbçinin öldüyü xəbər verilir

İqlim dəyişikliyi həqiqətən də təhlükədir

İqlim dəyişikliyi artıq bir neçə onillikdir ki, Yer kürəsində həyat üçün təhlükə kimi müzakirə olunur.

2023-cü il müşahidələr tarixində ən isti il olub.

Alimlər deyirlər ki, qlobal termperaturun yüksəlməsi quraqlıq, meşə yanğınları, qasırğalar, soyuq və isti hava dalğaları kimi ekstremal hava şəraitlərini və onların intensivliyini artırıb.

Bütün bunlar insanların, heyvanların və bitkilərin məhv olmasına səbəb olur.

Dünya Meteoroloji Təşkilatının məlumatına görə son 50 ildə dünyada 12 minədək təbii fəlakət baş verib.

Bu fəlakətlər nəticəsində iki milyonadək insan dünyasını dəyişib, çox sayda heyvan tələf olub və dünya iqtisadiyyatına 4.3 trilyon dollar ziyan dəyib.