Çində güclü yanğın: ölən və yaralananlar var - FOTO/VİDEO

Çinin şərqindəki Tszyansu əyalətinin Nankin şəhərində yanğın baş verib.

Məlumata görə, hadisə nəticəsində 15 nəfər ölüb, 44 nəfər yaralanıb.

İlkin araşdırma zamanı məlum olub ki, yanğın elektriklə işləyən mopedlərin yerləşdiyi binanın birinci mərtəbəsində baş verib. İstintaq davam edir.

Mənbə: TASS