Qazaxıstan Azərbaycan üzərindən neftin tranzitini artıracaq

Martın 11-də Bakıda Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. İclasda Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də iştirak edib.

Daha sonra iki ölkə arasında bir neçə sənədin imzalanması mərasimi olub.

İmzalanan sənədlər arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında saziş də yer alıb.