Gürcüstanın hava bazarında iki aşağı büdcəli aviaşirkət uçuşlara

İki aşağı büdcəli aviaşirkət - Transavia və AJET Gürcüstanın hava bazarında uçuşlara başlayır. Bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, uçuşlar 2024-cü ilin yay mövsümündən həyata keçiriləcək. Niderland Krallığının aşağıbüdcəli “Transavia” şirkəti Amsterdamdan Tbilisiyə, Türkiyənin “AJET” aşağıbüdcəli aviaşirkəti isə İstanbul-Tbilisi hava xətti ilə müntəzəm uçuşlar həyata keçirəcək. “Transavia” aviaşirkətinin Gürcüstanın Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş cədvəlinə əsasən, Amsterdam-Tbilisi-Amsterdam reysləri aprelin 20-dən oktyabrın sonunadək həftədə iki dəfə, hər çərşənbə və şənbə günləri yerinə yetiriləcək. "AJET" aviaşirkətinə gəlincə, o, martın 31-dən oktyabrın sonunadək İstanbul-Tbilisi-İstanbul hava xətti ilə gündəlik uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, 12 mart 2024-cü il tarixində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi "Transavia" və "AJET" şirkətlərinə Gürcüstan istiqamətində müntəzəm hava hərəkəti üçün lazımi icazələr verib.