Sumqayıtda tələbənin dənizdən meyiti tapılıb
Sumqayıtda dənizdən qadın meyiti tapılıb.
Meyit Xəzər dənizinin Sumqayıt sahilində "damba" deyilən ərazidə aşkarlanıb
Araşdırma zamanı meyiti tapılan şəxsin Kürdəmir rayonu sakini 2004-cü il təvəllüdlü Cəfərova Mələk Eldar qızı olduğu müəyyən edilib. Meyit aidiyyatı üzrə təhvil verilib. Onun intihar etdiyi ehtimal olunur.
Qeyd edək ki, 18 yaşlı M. Cəfərovanın Sumqayıt Tibb Kollecinin tələbəsi olduğu deyilir.