Kürdə suyun səviyyəsi artıb
Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb.
“Report”un məlumatına görə, son günlər havaların qeyri-sabit keçməsi çayın aşağı axınına ciddi təsir göstərib.
Təkcə son bir həftədə Kürün Salyan ərazisindən keçən hissəsində səviyyə 1,5 metr qalxıb. Proses hələ də davam edir.
Mütəxəssislər hesab edirlər ki, çayda suyun səviyyəsinin artımı bu templə davam edərsə, yaxın vaxtlarda qrunt suları müşahidə oluna bilər.