Azərbaycanda süni torpaq sahələrinin yaradılması ilə bağlı qanunun məqsədləri açıqlandı

“Xəzər dənizinin Azərbaycan hissəsində mülkiyyət məsələlərinin, tikinti-quraşdırma işlərinin tənzimləmələrinə ehtiyac üçün “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi hazırlanıb”.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatının Rəşad İsmayılov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.

“Bu qanun dənizin Azərbaycan hissəsində yaradılacaq süni torpaq sahələrinin kimə aid olması ilə bağlı məsələni həll edəcək. Azərbaycanda Xəzər dənizində tikinti təcrübəsi var. SSRİ dövründə estakadalarda Neft daşları qəsəbəsi yaradılıb”, - deyə o qeyd edib.