Bahar Muradova: “Hadı Rəcəbli ilə xatirələri olan insan çoxdur”

“Azərbaycan ictimaiyyəti qətiyyətli insanını itirdi”.

Lim10.az xəbər verir ki, bu sözləri mərhum sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə vida mərasimi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O, mərhum deputatla bağlı xatirələrini bölüşüb:

“Hadı müəllimin fəaliyyəti zəngin və çoxşaxəlidir. Xatirələri olan insan çoxdur. O, gənc yaşlarından ictimai-siyasi proseslərin iştirakçısı olub. Onun itkisinin kədərini yaşayanlara başsağlığı verirəm. Azərbaycan ictimaiyyəti qətiyyətli insanını itirdi. Gənc nəslin, neçə-neçə kadrların formalaşmasında Hadı Rəcəblinin böyük xidmətləri olub”.

B.Muradova mərhumla sonuncu dəfə iki ay öncə danışdığını deyib:

“Bir müsahibəsini izləmişdim, buna görə təşəkkür etdim. Orada bəzi məqamlar var idi ki, onlara aydınlıq gətirmişdi. Buna görə minnətdarlıq etdim. O həmişə mənə deyirdi ki, “siyasətçi hər ona ünvanlanan qərəzli suala cavab verməməlidir. Zamana buraxmaq lazımdır”. Elm sahəsində planlarını da mənimlə bölüşdü”.

Nəzrin Vahid