Agentlik rəhbəri 4-cü sinfi bitirən şagirdlər üçün “Son zəng” keçirilməsinə MÜNASİBƏT BİLDİRDİ
“4-cü sinfi bitirən şagirdlər üçün “Son zəng” keçirməsi valideynlərin təşəbbüsü ola bilər”.
“Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.
Onun sözlərinə görə, agentlik məktəblərə belə tapşırıq verməyib:
“4-cü siniflərin “Son zəng” keçirməsi valideynlərin təşəbbüsü ola bilər. Məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik”.