İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

“Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, 13 məktəbin təmir-tikintisi davam edir, ikisi yekunlaşıb, altısının isə təmir-tikintisinə başlanılacaq.

“Bundan başqa, azad olunan ərazilərdə hazırda iki uşaq bağçası fəaliyyət göstərir, dördünün təmiri davam edir, dördünün də təmir-tikintisinə başlanılacaq”, - deyə agentliyin direktoru əlavə edib.