"Bir də bu vətəndaş mənim qəbuluma gəlsə, sizi işdən çıxaracam" - MƏMUR ÖZBAŞINALIĞI (VİDEO)

Göycay Rayon Qarabaqqal kənd sakini Zəkəriyev İlqar Çovdar oğlunun şikayət məktubunda qeyd olunur ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev, onların mütəxəssisləri Məmmədov Tural və Aqşin Həmidovdur. Mənə aid olan 62 sot  xüsusi torpaq sahəsini 2012 -ci ildə  şəhid ailəsi Sadıqov Surxay Xumar oğlundan almışam. Sol tərəfimdəki 75 sotu elektron ucotu ilə təsdiq olunmuş sahə isə 1995-ci ildə islahatlar kecirilən vaxt qonşum Musayeva Kifayət Şahlar qizina verilib. Arada görsənən xətt var ki, onu qanunsuz olaraq acıblar Mənim qonşum Musayeva Kifayət Şahlar qızı 2018-ci ildə məhkəməyə iddia qaldırıb ki, guya mən onun 20 sot torpağını zəbt etmişəm.

 

 

Şəki Apelliyasiyya məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinə tapşırıq verib ki, bu torpaq sahəsi ölcülsün və zəbt olma halı müşahidə olub- olmamasına dair rəy təqdim edilsin. Şəki Apellyasiya məhkəməsinin göstərişinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinin mütəxəsisi Tural Məmmədov və Aqşin Həmidov torpaq sahəsinə gəlib Göycay rayon Qarabaqqal bələdiyyəsinin sədrinin və icra nümayəndəsinin iştirakı ilə torpaq sahəsinin ölçüsünü apardılar. Ölçü aparıb mənə bildirdilər ki, 60 sot torpaq sahəsi Musayev Kifayət Şahlar qızının sərhəd xəttindən görünən xəttdən başlayır və burada 60 sot torpaq sahəsində hec bir zəbt halı yoxdur. Mən sənədlərimi alqı-satqı müqavilələrimi, cıxarışlarımı təqdim etdim, bildirdim ki, bu torpağa aid mənim cıxarışlarım və sənədlərim var. Onlarda mənə bildirdilər ki, hec bir zəbt olma halı yoxdur. Akt tərtib etdilər yerində mən də imzaladım cıxıb getdilər.

Mən Şəki Apellyasiya məhkəməsində iştirak edəndə hakim Günay Cavadova məni rəylə tanış etdi, rəyi oxuyanda məlum oldu ki, rəydə göstərilib ki, sərhəddən o tərəfdə olan Musayeva Kifayət Şahlar qızının 20 sot  torpağın zəbt etmışəm 60 sot torpağın içində 20 sot torpaq ona məxsusdur. Onlar yerdə apardıqları ölçü başqa rəydə başqa qərar vermişdilər. Musayeva Kifayət Şahlar qızı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəsisi Tural  Məmmədovla yaxın qohumluq əlaqələri vardır. Mənim aldığım məlumata görə Tural Məmmədov Musayeva Kifayət Şahlar qızından bu işin müqabilində rüşvət alaraq Aqşin Həmidovla əlbir olaraq qanunsuz rəy verib Şəki Apellyasiya məhkəməsini aldadıblar. Şəki Apellyasıya məhkəməsi onların rəyinə əsaslanaraq qərarı cıxatmışdılar.

Bügünkü gündə mənim sənədlərim var və qanunsuz rəyə əsasən torpağımın sərhədi açılb ortadan şum cəkilib, mənim hüquqlarım tapdanıb.

Nəzərinizə catdırım ki, torpağın arakəsməsi açıldıqdan sonra, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin torpağı mənə satan şəhid ailəsinin oğlu ilə birlikdə qəbulunda olanda bildirdim ki, cənab rəis, sizin mütəxəsislər qanunsuz rəy veriblər. Bu rəyə əsasən mənim hüquqlarım pozulub. O, isə mənə dedi ki, sən qapının arxasında gözlə. Sonra Aqşın Həmidovu cağırdı və bir neçə dəqiqə söhbət etdikdən sonra, mənə bildirdi ki, Aqşin Həmidov düzgün rəy verib sən hara ürəyin istəyir gedib şikayət edə bilərsən. Mən ona narazılğmı bildirdim və yenidən torpağın ölcülməsini xahiş etdim. O mənə dedi ki, bu mümkün deyil. Aşağıdan polis mühafizəsini və köməkçisi işləyən xanımı çağırıb göstıriş verdi ki, bir də bu vətəndaş mənim qəbuluma gəlsə icəri buraxmayın. Əgər bir də qəbula gəlsə, sizi işdən çıxaracam. Mən ölkə başçımızdan, hüquq mühafizə orqanlarından xahiş edirəm ki, verilmiş qeyri-qanuni rəy ləvğ edilsin və Aqşin Həmidov, Tural Məmmədov haqqında hüquq mühafizə orqanları qanunu tədbirlər görsünlər. Mənim pozulmuş hüquqlarım bərpa olsun."

Vətəndaş tərəfindən redaksiyamıza ünvanlanan şikayət məktubunda adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq