Hansı bank daha çox kredit veror?

Bu ilin ilk rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 23 bank arasında ən çox istehlak krediti verən bank “Kapital Bank”ASC olub.
Yeniavaz.com
 xəbər verir ki, 1 aprel 2024-cü il tarixinə “Kapital Bank” tərəfindən verilən istehlak kreditlərinin həcmi 2 milyard 421,6 milyon manat olub.
“Kapital Bank” tərəfindən verilən istehlak kreditlərinin həcmi bu ilin ilk rübü ərzində 2,9% artıb.
İkinci sırada 1 milyard 489,8 milyon manat ilə “Beynəlxalq Bank” ASC (ABB) yer alıb. Dövlət bankı olan ABB-nin istehlak kreditləri son 3 ayda 8,7% artıb.
Ən az istehlak krediti ayıran bank “Naxçıvanbank” olub. Bu bankın istehlak kreditlərinin həcmi cəmi 0,8 milyon manat olub.
Son 3 ayda istehlak kreditlərinin həcmini ən çox artıran bank isə “Ziraat Bank Azərbaycan” olub. Bu bankın istehlak kreditləri bu ilin ilk 3 ayında 2 dəfədən çox artraq 5,5 milyon manata yüksəlib.
İstehlak kreditləri ən çox azalan bank isə “Naxçıvanbank” olub. “Naxçıvanbank”ın istehlak kreditləri bu ilin ilk rübündə 86,9% azalıb və 6 milyon manatdan 0,8 milyon manata düşüb.
Aşağıdakı cədvəldə bankların istehlak kreditlərinin həcmi və artım dinamikası göstərilib: